Главная > Hadisə / Manset > Salyanda hamamda qızdırıcı partladı: 13 yaşlı yeniyetmə yaralandı

Salyanda hamamda qızdırıcı partladı: 13 yaşlı yeniyetmə yaralandı


7-05-2022, 21:48. Разместил: admin
Salyan rayonunda 13 yaşlı yeniyetmə hamamda yanıq xəsarətləri alıb.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Salyan şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Salyan şəhər sakini, 2009-cu il təvəllüdlü Ə. Manafov hamamda su qızdırıcının partlaması nəticəsində yanıq xəsarətləri alıb.

Yaralı rayon xəstəxanasına gətirilib. Faktla bağlı araşdırma aparılır.
Вернуться назад