Yolu keçərkən vurulan qadın öldü
Sumqayıtda avtomobillə vurulan piyada ölüb.
DİN-in Mətbuat Xidmətindən "Azadsəs.az"a verilən məlumata görə, hadisə ötən axşam şəhər ərazisində qeydə alınıb. E.Bəkirov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 30-35 yaşlı qadını vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.