Ukraynada Azərbaycan şirkətinə məxsus yük maşını və sürücüsü mühasirəyə düşüb - FOTO
Ukraynada Çerniqov vilayətinin Kryukov şəhərində Azərbaycan şirkətinə məxsus avtomobil və sürücüsü mühasirəyə düşüb.
“Report”un məlumatına görə, bu barədə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) İvano-Frankovsk vilayəti üzrə sədri, logistika xidməti rəhbəri Mətləb Nəcəfov bildirib.
O qeyd edib ki, Azərbaycanın “Volf transport” şirkətinə məxsus yük maşını və onun sürücüsü, Azərbaycan vətəndaşı 1967-ci il təvəllüdlü Əliyev Arif Eynulla oğlu Kryukovda Rusiya qoşunları tərəfindən mühasirəyə alınan şəhərdə artilleriya atəşi altındadır və həyatına təhlükə var.
Onunla bərabər Gürcüstan şirkətinə məxsus yük maşını və Türkiyyə vətəndaşı olan sürücüsü mühasirədədir. Azərbaycan vətəndaşı ilə bağlı müraciətlər etsələr də, heç bir nəticəsi yoxdur.