“Qazprom”un maliyyə meneceri intihar etdi - Foto
![](/uploads/posts/2022-02/medium/1645944254_aleks.jpg)
“Azadsəs.az” Rusiya mediasına istinadən xəbər verir ki, 61 yaşlı Tyulyakov intihar edib. O, özünü qarajda asaraq öldürüb. Hadisə fevralın 25-də baş verib. İntiharın səbəbi məlum deyil. “Qazprom” məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Aleksandr Tyulyakov 2014-cü ilin mart ayından Rusiyanın 9 bölgəsinə yanacağın ixracı və daşınması ilə məşğul olan “Qazprom”un 100% törəmə şirkəti olan “Qazprom Transgaz Sankt-Peterburq”da korporativ təhlükəsizlik və insan resursları üzrə baş direktor müavini vəzifəsində çalışıb.
![](/uploads/posts/2022-02/medium/1645944269_orig-1645885058u4tnsxqrorna6gev540je9jqrqlmhok88psqcav.jpeg)