Главная > Hadisə / Manset > “Qazprom”un maliyyə meneceri intihar etdi - Foto
“Qazprom”un maliyyə meneceri intihar etdi - Foto27-02-2022, 10:42. Разместил: admin |
Rusiyanın Leninqrad vilayətində “Qazprom”un Korporativ Təhlükəsizlik üzrə Vahid Hesablaşma Mərkəzinin baş direktor müavini Aleksandr Tyulyakovun meyiti tapılıb. “Azadsəs.az” Rusiya mediasına istinadən xəbər verir ki, 61 yaşlı Tyulyakov intihar edib. O, özünü qarajda asaraq öldürüb. Hadisə fevralın 25-də baş verib. İntiharın səbəbi məlum deyil. “Qazprom” məsələ ilə bağlı açıqlama verməyib. Qeyd edək ki, Aleksandr Tyulyakov 2014-cü ilin mart ayından Rusiyanın 9 bölgəsinə yanacağın ixracı və daşınması ilə məşğul olan “Qazprom”un 100% törəmə şirkəti olan “Qazprom Transgaz Sankt-Peterburq”da korporativ təhlükəsizlik və insan resursları üzrə baş direktor müavini vəzifəsində çalışıb. Вернуться назад |