Главная > Hadisə > Elektrik dirəyində təmir apararkən cərəyan vurdu, öldü
Elektrik dirəyində təmir apararkən cərəyan vurdu, öldü12-02-2022, 14:47. Разместил: admin |
Gəncədə 30 yaşlı kişini cərəyan vuraraq öldürüb. “Azadsəs.az” xəbər verir ki, hadisə fevralın 11-də Abbas Səhət küçəsində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Röyal Əliyev nasazlığı aradan qaldırmaq üçün işıq dirəyinə çıxıb. Bu zaman ehtiyatsızlıqdan yüksək gərginlikdən cərəyanın vurması nəticəsində ölüb. Fakta bağlı araşdırma aparılır. *** Gəncə şəhər prokurorluğundan “Azadsəs.az"a verilən məlumata görə, fevralın 11-i saat 17 radələrində Gəncə şəhər sakini, “Azavqrup” işıqlandırma şirkətində fəhlə işləyən 1992-ci il təvəllüdlü Röyal Əliyev şəhərin işıqlandırılması üçün nəzərdə tutulmuş küçə işığının lampasını dəyişərkən elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir. Вернуться назад |