Rusiyada erməni iş adamı qətlə yetirildi
- 21-11-2021, 18:51
- Hadisə
Rusiyanın Leninqrad vilayətində erməni iş adamı qətlə yetirilib.
“Azadsəs.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, onun meyiti yol qəzası zamanı avtomobilin yük yerindən yola düşməsi nəticəsində aşkarlanıb. Belə ki, içərisində meyit olan “Mitsubishi Galant” markalı avtomobil qəzaya düşüb.
Qəzadan sonra 50 yaşlı kişiyə məxsus meyit yola düşüb. Hadisə zamanı avtomobildə olan sürücü və iki sərnişin qaçmağa çalışsalar da, polis tərəfindən yaxalanıblar. Öldürülən şəxs 50 yaşlı İrəvan sakini iş adamı Arkadi Kazinyandır.
Məlumata görə, o, Sankt-Peterburqdakı "Laquna" qaraj kooperativində qətlə yetirilib. “Mitsubishi Galant”dakı şəxslər başı kəsilmiş Arkadini meşəyə basdırmağa aparmaq istəyiblər. Onların avtomobilində bel və kisə aşkarlanıb.