Dadlı çörək bişirməyən qardaşını öldürdü
- 28-02-2021, 15:00
- Dünya
“Sabah” xəbər verir ki, 45 yaşlı Şığlətif Dəmirqapı 56 yaşlı qardaşı Mahmud Dəmirqapı tərəfindən odlu silahla qətlə yetirilib.
Bildirilir ki, məhəllədə çörək dükanı işlədən Ş.Dəmirqapı qardaşını əlində çörəklə görüb və nə üçün onun dükanından almadığını soruşub. M.Dəmirqapı isə cavabında “sən dadlı bişirmirsən” deyib.
Bu zaman onların arasında mübahisə yaranıb. M.Dəmirqapı evə gedərək tüfəng götürüb və qardaşını güllələyərək öldürüb.
Polis beş il cinayətdən yayına bilən şübhəlini tutub.