Yıxılıb ölən fəhləyə görə şadlıq evinin direktoru tutuldu
- 23-01-2020, 09:51
- Hadisə
Şadlıq evində təhlükəsizlik qaydalarına əməl edilməyib
Yanvarın 20-də tavanın uçması nəticəsində fəhlə ölümünün qeydə alındığı "Aygün" şadlıq sarayının rəhbəri Bəxtiyar Əmrahov saxlanılıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, çılçıraq asarkən tavan uçması nəticəsində 6 metr hündürlükdən yıxılan ölən 53 yaşlı fəhlə Rəşid Məmmədov ölüb. Buna əsasən şadlıq sarayında təhlükəsizlik qaydalarına əməl edilmədiyi müəyyən edilib.
Xaçmaz rayon prokurorluğunda CM-nin 162.2 (əmək mühafizə qaydalarını pozma,ehtiyatsızlıqdan zərərçəkən şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi açılıb. İstintaq "Aygün" şadlıq sarayını icarə müqaviləsi ilə işlədən sahibkar, Quba rayon sakini Bəxtiyar Əmrahovu şübhəli şəxs qismində həbs edib. Cinayət işinin istintaqı davam edir.