Fransada xəstəxanalarda yer qalmadığından COVID-19 xəstələri Almaniyaya göndərilir
- 4-11-2020, 09:52
- Dünya
Bu barədə “La Provence” xəbər verib.
Fransa Dövlət Xəstəxanalar Federasiyasının rəhbəri Frederik Valetu iş yükünün artmasından və tibb müəssisələrində yer azlığından şikayətlənib. Onun sözlərinə görə, vəziyyət xüsusilə Overn-Rona-Alp və O-de-Frans bölgələrində ağırdır.
“Xəstələrin başqa bölgələrə, hətta digər ölkələrə köçürülməsi iş yükünün azaldılmasına kömək edəcək və bəzən bu vacib olacaq”, - deyərək bəzi xəstələrin köçürülməsinin yaxın günlərdə planlaşdırıldığını söyləyib.
Oktyabrın 30-da məlum olub ki, Belçika da xəstəxanaların dolması səbəbindən COVID-19 xəstələrini Almaniyaya göndərməyə başlayıb. Həmçinin, ölkə pandemiya ilə bağlı ciddi məhdudlaşdırıcı tədbirlərə qayıdıb.Oxu.az