“Deyirlər ki, bağışlayın, güllə yoxdur, tank yoxdur” - Oqanisyan
- 8-10-2020, 13:12
- Dünya
Qondarma Dağlıq Qarabağ "hərbi itkiləri"nin 320 nəfər olduğunu açıqlasa da, könüllülər itkilərin daha çox olduğunu iddia edir.
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Novaya Gazeta” qəzetinin Dağlıq Qarabağ bölgəsinə ezam olunan müxbirləri yazır. Onlar qeyd edib ki, əsgərlər silah və geyim formaları çatışmazlığı yaşayır və cəbhədəki vəziyyətin acınacaqlı olduğunu söyləyirlər.
Fransadan qanunsuz yolla Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə gələn, daha sonra isə Gümrü şəhərinə qayıdan Artur Oqanisyan qəzetə açıqlamasında bunları deyib:
“Yeni gəlmişdim, sənədlərim belə yox idi, avtomat aldım və getdim. Oradakı iki qardaşımın dalınca getdim. Mən Gümrüdənəm, amma Fransa vətəndaşıyam, iki həftə əvvəl gəlmişəm”.
Daha sonra o, cənub cəbhəsində baş verənləri nəql edib: “Onlar (Ermənistan hakimiyyəti -red.) xalqı aldadır! 18 yaşlı əsgərləri bir avtomatla cəbhəyə göndərirlər. Deyirlər ki, bağışlayın, güllə yoxdur, bağışlayın, tank yoxdur. Güllə keçirməyən jiletlər tamamilə yararsızdır. Orada heç bir şey yoxdur. Yeməkdaşıyan maşın gəlir, yolun ortasına hər şeyi boşaldır. Əgər yemək istəyirsənsə, “Qrad” atəşi altında 4 kilometr piyada getməlisən. Səkkiz dostumuzla birlikdə dörd gecə gəzdik və dörd xətt boyunca özümüzə yemək daşıdıq”.
Müsahibə əsnasında qəzetin əməkdaşları digər bir hərbçi ilə söhbətləşiblər:
- Orada hər şey çox pisdir.
- Səlahiyyətli şəxslər təxminən 200 nəfərin öldüyünü söyləyirlər. Bu, doğrudurmu?
- 200 nəfər təkcə gözümün önündə, bizim xəttimizdə öldü! Və ümumilikdə minlərlə ölü var!
"Ermənistanda yuxarıda oturanlar deyirlər: “Cəbrayıl, irəli!” Amma Cəbrayıl artıq yoxdur", deyə başqa bir döyüşçü əlavə edib.
- Sizcə, bundan sonra nə olacaq?
- Bu müharibəni gördükdən sonra başa düşdüm ki, belə mübarizə aparsaq, biz hər şeyi verəcəyik.