Nikaraqua sahillərində miqrantların olduğu qayığın batması nəticəsində 5 nəfər ölüb
- Bu gün, 13:05
- Dünya
Nikaraqua sahillərində gəminin batması nəticəsində azı 5 nəfər ölüb, 4 nəfər itkin düşüb.
“Report” “El 19 Digital”ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Amerika ölkəsinin Vitse-prezidenti Rosario Murilyo bildirib.
Onun sözlərinə görə, gəmidə Vyetnam, Misir, Hindistan və İran vətəndaşları da daxil olmaqla 17 nəfər olub. Portal həmçinin Nikaraqua Ordusunun məlumatını dərc edib və orada qayığın göyərtəsində altı uşaq da daxil olmaqla miqrantların olduğunu bildirilib. Gəmi fevralın 4-də Kolumbiyanın San-Andres adasından yola düşüb və çərşənbə axşamı axşam saatlarında Nikaraquanın Karib dənizi sahillərindəki Korn adalarından təxminən 2 km aralıda batıb.
Ölkənin hakimiyyət orqanları xilasetmə əməliyyatına başlayıb və 8 nəfərin xilas edildiyini təsdiqləyib.