Dunayda qayıq gəmi ilə toqquşdu: Ölənlər var
Macarıstanın şimalında, Dunay çayında motorlu qayığın sərnişin gəmisi ilə toqquşması nəticəsində iki nəfər ölüb, beş nəfər itkin düşüb.
Ölkə polisinin məlumatına görə, faciəvi hadisə ötən gecə baş verib.
Kiçik gəzinti gəmisinin italyan turistləri daşıdığı güman edilir.
Budapeşt Polis Departamentinin sözçüsü Soma Ceci toqquşmanın "Veroce bölgəsində sahildə italyanca danışan başı qan içində olan bir adamın tapılmasından" sonra ortaya çıxdığını söyləyib. Bundan sonra xilasedicilər daha bir kişi və qadının cəsədlərini sudan çıxarıblar.
Bildirilib ki, qayığın göyərtəsində səkkiz nəfər olub, onların arasında uşaq olmayıb. Beş sərnişinin axtarışları davam edir.
Toqquşmaya kimin cavabdeh olduğunu müəyyən etmək üçün araşdırmalara başlanılıb.
Mənbə: TASS