Blinken və Yermak Kiyevə hərbi yardımı müzakirə ediblər
- 30-10-2024, 12:10
- Dünya
ABŞ Dövlət katibi Antoni Blinken və Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofis rəhbəri Andriy Yermak çərşənbə axşamı Vaşinqtonda keçirilmiş görüşdə Kiyevə hərbi yardım və gələcəkdə Ukrayna ilə bağlı konfransların keçirilməsini müzakirə ediblər.
“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında qurumun mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilib.
“Onlar hərbi və iqtisadi yardımı və Ukraynanın gələcək diplomatik tədbirlərini, o cümlədən Ukraynanın “sülh düsturu”nu dəstəkləyən konfransları dəstəkləmək üçün göstərilən diplomatik səyləri müzakirə ediblər”, – o qeyd edib.
Sənəddən məlum olub ki, Blinken “Ukraynanın suverenliyinə dəstəyini” və həmçinin “BMT Nizamnaməsi əsasında möhkəm sülhə” dəstəyini təsdiqləyib