Kanada və Polşa liderləri Ukraynaya yardımı müzakirə ediblər
- 21-04-2024, 14:43
- Dünya
Kanadanın Baş naziri Castin Trüdo və Polşa Prezidenti Andjey Duda Ukraynaya yardımın göstərilməsi məsələlərini müzakirə ediblər.
“Report” xəbər verir ki, bu barədə Kanada hökuməti başçısının mətbuat xidməti bildirib.
“Bu gün (20 aprel – red.) Baş nazir Castin Trüdo Kanada Qüvvələrinin Eskimaltdakı bazasında Polşa Prezidenti Andjey Duda ilə görüşüb”, – məlumatda nəql edilib.
Mətndə diqqətə çatdırılıb ki, tərəflər “Ukraynaya davamlı dəstəyini təsdiqləyib” və Kiyevə əlavə yardımın göstərilməsi variantlarını müzakirə ediblər.
Bundan başqa, Trüdo ilə Duda Kanada və Polşa arasında ikitərəfli əməkdaşlığı, həmçinin iyulda Vaşinqtonda keçiriləcək NATO sammiti ərəfəsində transatlantik əməkdaşlığın gücləndirilməsi mövzusu ətrafında fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, daha öncə Polşa Prezidenti Andjey Duda Ukraynanın “hər şeydən çox silah-sursata ehtiyacı” olduğunu bildirmişdi.