İsrail “Hizbullah”a atəşkəs üçün şərt irəli sürüb
- 9-10-2024, 11:19
- Dünya
İsrail Livan cənubunda atəşkəs rejiminin tətbiqi üçün şərt olaraq “Hizbullah” hərəkatının silahlarını təhvil verməsini və qüvvələrini iki ölkənin sərhədindən şimala çəkməsini tələb edir.
“Report” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı diplomatik mənbələrə istinadən məlumat yayıb.
“İsrail Livanda atəşkəs müqabilində “Hizbullah”ın silahlarını təhvil verməsini və Litani çayından şimala çəkilməsini tələb edir”, – müsahiblərdən biri bildirib.
Xatırladaq ki, daha əvvəl İsrail Müdafiə Qüvvələri (İMQ) Beyrutun cənub ətrafında yerləşən Haret-Hreyk və Hadas rayonlarındakı bir neçə binanın sakinlərini təcili təxliyə olmağa çağırmışdı.