İsrail ordusu Qəzzada raketlərin atıldığı mövqelərə hücum edib
- 26-03-2024, 10:25
- Dünya
Radikal HƏMAS hərəkatı Qəzzada Deyr əl-Balahdakı humanitar zonadan İsrailin Aşdod şəhərinə raket zərbələri endirib və buna cavab olaraq İsrail Müdafiə Qüvvələrinin qırıcıları həmin mövqeyə hücum edib.
"Report"un xəbərinə görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"HƏMAS terror təşkilatı Deyr əl-Balahdakı humanitar zonadan raketlər atıb. İsrail ordusu Aşdod şəhəri istiqamətində atəşə tutulan mövqeni aşkarlayıb və ona bir zərbə endirib, bundan sonra ərazidə əlavə silahların olduğunu göstərən ikincil patlayışlar qeydə alınıb. Ərazidən təxliyə olunan mülki əhaliyə zərər verməmək üçün zərbə dəqiq endirilib", - bəyanatda deyilir.
Mətbuat xidməti qeyd edib ki, bu, HƏMAS hərəkatının mülki infrastrukturdan rüsvayçılıqla istismarının, obyektlərini mülki ərazilər arasında yerləşdirməsinin və mülki şəxslərdən canlı qalxan kimi istifadə etməsinin daha bir sübutudur.