KİV: ABŞ-də yanğınsöndürən yanğın törətməkdə şübhəli bilinərək saxlanılıb
- 22-09-2024, 14:00
- Dünya
ABŞ-nin Kaliforniya ştatının yanğınsöndürmə xidmətinin əməkdaşı son aylar şiddətli meşə yanğınları törətməkdə şübhəli bilinərək saxlanılıb.
"Report"un məlumatına görə, bu barədə "New York Times" qəzeti yanğınsöndürmə xidmətinə istinadən xəbər yayıb.
“38 yaşlı yanğınsöndürən maşınının sürücüsü Robert Ernandes avqustun 15-dən sentyabrın 14-dək Şimali Kaliforniyanın Gisservil, Hildsberq və Vindzor şəhərləri yaxınlığında meşələrə yanğın törətməkdə şübhəli bilinərək saxlanılıbb”, - qəzet yazır.
“New York Times” qəzetinin məlumatına görə, həmin şəxs işdən kənar vaxtlarda yanğınlar törədib. Onun törətdiyi iddia edilən yanğınların ümumi sahəsi 0,4 hektardan çox olmayıb və onlar qısa zamanda söndürülüb.
Nəşr qeyd edib ki, dövlət yanğınsöndürmə xidmətinin rəhbəri Co Tayler onların işçilərindən birinin “12 min həmkarının yorulmaz əməyini ləkələməyə” cəhd etməsindən şoka düşdüyünü bildirib.