Meksikanın ABŞ ilə sərhədyanı bölgəsində 11 nəfərin meyiti tapılıb
- 21-09-2024, 13:00
- Dünya
Meksikanın ABŞ ilə sərhədyanı bölgədə yerləşən Çiuaua ştatının Oxinaqa şəhərində 2-si başı kəsilmiş 11 nəfərin meyiti tapılıb.
“Report” “El Universal”a istinadən xəbər verir ki, bu barədə ştatın baş prokuroru Sezar Xaureqi Moreno bildirib.
“11 cəsəd atıblar, onlardan 2-sinin başı kəsilib. Onların yanında “La-Liniya” [cinayətkar qruplaşması] tərəfindən imzalanmış məktub var idi ki, orada ölənlərin xain olduğu deyilirdi”, – nəşr prokurorun sözlərindən sitat gətirib.
Məlumata görə, meyitlərin tapıldığı ərazi Texasla həmsərhəd olan bu bölgə üzərində nəzarət uğrunda cinayətkar qruplaşmalar arasında mübarizə zonasıdır.
Xaureqi həmçinin olayın eyni adlı ştatda təxminən iki həftədir davam edən “Sinaloa” karteli daxilindəki daxili münaqişə ilə hər hansı əlaqəsini tamamilə istisna edib. Belə ki, həmin münaqişə qurbanlarının sayı artıq 40 nəfəri keçib.