Pentaqon “AMRAAM” raketlərinin istehsalına təxminən 1,2 milyard dollar ayırıb
- 12-09-2024, 08:54
- Dünya
ABŞ Müdafiə Nazirliyi Amerikanın “Raytheon” şirkəti ilə Ukrayna da daxil olmaqla “AMRAAM” tipli orta mənzilli təyyarə raketlərinin istehsalı üçün təxminən 1,2 milyard dollarlıq müqavilə bağlayıb.
“Report” xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Ümumi dəyəri 1,195,985,081 ABŞ dolları olan müqavilə “AMRAAM” raketlərinin və müvafiq avadanlıqların istehsalını, sonradan Bəhreyn, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, İtaliya, Kanada, Norveç, Ukrayna, Finlandiya, İsveçrə və Yaponiyaya təhvil verilməsini nəzərdə tutur.
Müqavilə üzrə işlər 31 dekabr 2028-ci il tarixinədək başa çatdırılmalıdır. Qeyd edək ki, 19 kilometr mənzilə malik “AMRAAM” raketi “F-16”, “Super Hornet”, “Typhoon”, “Gripen”, “F-35” kimi təyyarələrdə istifadə edilir.