ABŞ Norveçə 405 milyon dollarlıq “hava-hava” raketlərinin satışını təsdiqləyib
- 23-08-2024, 11:16
- Dünya
ABŞ Dövlət Departamenti orta mənzilli AIM-120 (AMRAAM) “hava-hava” raketlərinin Norveçə 405 milyon dollara mümkün satışını təsdiqləyib.
“Report”un xəbərinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin hökumətlərarası müqavilələr əsasında hərbi texnika və silahların xaricə tədarükünə cavabdeh olan Təhlükəsizlik Əməkdaşlığı Agentliyi məlumat yayıb.
Məlumata görə, krallığın hakimiyyət orqanları 100 belə uzaq mənzilli raketin, həmçinin dörd istiqamətləndirici bölmənin və köməkçi avadanlıqların alınmasını xahiş edib. Mümkün sazişin ümumi məbləği 405 milyon dollar qiymətləndirilir.