Sakaryada ər-arvad arasında dəhşətli dava: Qadın maşını sındırdı, kişi evi yandırdı
- 10-09-2024, 15:34
- Dünya
Türkiyənin Sakarya vilayətində ər-arvad arasında olan dava sosial mediada müzakirə mövzusuna çevrilib. Belə ki, münaqişədən sonra qadın maşına ciddi ziyan vurub, kişi isə evi yandırıb.
Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, tragikomik hadisə Arifiye rayonunda yaşanıb.
Bildirilir ki, M.Ö. adlı kişi dostundan maşını əmanət götürüb. Ancaq oğlu maşını gizlincə götürüb və yolda qəzaya düşüb. Evə qayıdanda bunu görən M.Ö ilə ailə üzvləri arasında böyük bir mübahisə yaşanıb. Mübahisənin böyüməsi nəticəsində M.Ö-nün həyat yoldaşı Z.Ö. əlinə aldığı daş və dəyənəklə maşının faralarını, şüşələrini, kapotunu və bamperini sındırıb. Bundan qəzəblənən M.Ö. isə birlikdə yaşadıqları ikimərtəbəli evi od vurub yandırıb.
Məlumat alan yanğınsöndürənlər və polis hadisə yerinə gəlib. Yanğınsöndürənlərin müdaxiləsi ilə alov söndürülsə də, evdə böyük zərər yaranıb.
Qəzəbli cütlük ifadələrinin alınması üçün polis bölməsinə aparılıb. Hadisə ilə bağlı araşdırma davam edir.