Rusiyada avtobusda qadınlar arasında dava: 30 yaşlı qadın yaşlı vətəndaşı güllələdi
- 28-02-2021, 12:00
- Dünya
![](/uploads/posts/2021-02/medium/1614486203_ran_6227899_hr-pic4_zoom-1500x1500-27258.jpg)
Bu barədə TASS ölkənin Daxili İşlər Nazirliyinin bölgə üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat verib.
“Avtobusdan çıxarkən 30 yaşlı qadın vətəndaş 65 yaşlı qadını pnevmatik tapança ilə vurub”, - deyə bildirilir.
Nəticədə zərərçəkən yanağından orta dərəcəli xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Cinayət törədən şəxs tutularaq polis bölməsinə aparılıb.
Hadisənin təfərrüatı araşdırılır.