Xəyal etdiyi evi almağa pulu çatmayan kişi onu yandırdı
- 6-03-2021, 09:00
- Dünya
Medialeaks.ru xəbər verir ki, Norfolk qraflığının 37 yaşlı sakini Metyu Qrin xəyal etdiyi evi tapsa da, onu almağa pulu çatmayıb.
Əvəzində evin sahibi mülkü 32,5 min funt sterlinqə (təxminən, 76 min manat) gənc ailəyə satıb.
Bununla barışmaq istəməyən M. Qrin xəyal etdiyi evə sahib çıxan ailədən intiqam almağa qərar verib və evi yandırıb.
Xoşbəxtlikdən ev sahibləri oranı vaxtında tərk ediblər və xəsarət almayıblar.
Hadisədən sonra evin sahibləri orada yaşamaqdan imtina ediblər.
M. Qrin isə həbs olunaraq məhkəmə qarşısına çıxarılıb.
O, 12 aylıq həbsə və 180 saatlıq islah işləri cəzasına məhkum edilib.
M. Qrin həmçinin doqquz min funt sterlinq (təxminən, 21 min manat) maddi təzminat ödəməli olacaq.