Paris-Orli hava limanının iki terminalı bomba təhlükəsi səbəbindən boşaldılıb
- 26-08-2024, 11:17
- Dünya
Fransa polisi anonim bomba təhdidindən sonra Paris-Orli hava limanının iki terminalından sərnişinləri təxliyə edib.
“Report” xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.
Mənbə bildirib ki, naməlum şəxs polisə zəng edərək hava limanının tualetinə bomba qoyduğunu iddia edib. Nəticədə polis 2 və 3 saylı terminallardan bütün sərnişinləri təxliyə etmək qərarına gəlib. Lakin heç bir partlayıcı qurğu tapılmayıb.
Bundan əvvəl də eyni hava limanında oxşar hadisə baş vermişdi. Naməlum şəxs onun Monpelye uçmağa hazırlaşan “Transavia” aviaşirkətinə məxsus təyyarəsinə bomba yerləşdirdiyini bildirib.
Təyyarədə olan bütün sərnişinlər təxliyə edilərək uzaq anqara aparılıb. Üç saatlıq axtarışlardan sonra heç bir partlayıcı tapılmayıb.