Dubay-Maxaçkala təyyarəsi güclü duman səbəbindən Bakı hava limanına enib
- 12-02-2023, 11:35
- Cəmiyyət
![Dubay-Maxaçkala təyyarəsi güclü duman səbəbindən Bakı hava limanına enib](/uploads/posts/2023-02/1676187338_fotojet-35.jpg)
"flyDubai" aviaşirkətinə məxsus Dubay-Maxaçkala reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.
Bu barədə Oxu.Az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.
"Boeing 737" təyyarəsi yerli vaxtı ilə saat 03:52-də Bakı hava limanına eniş edib.
Hava gəmisinin sərnişinləri və heyəti hazırda Bakı hava limanının tranzit zonasında yerləşdirilib.