Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək
![](/uploads/posts/2022-09/medium/1663426754_fotojet-2022-07-10t224730_326.jpg)
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandakı sammitdən sonra jurnalistlərin sualları cavablandırarkən deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin dəvəti ilə oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
“Qarabağa gəlincə, bütün region ölkələrinin Azərbaycanın ərazi bütövlüyünə qeyd-şərtsiz və güclü dəstək verməsi vacibdir”, - Türkiyə lideri qeyd edib.