BMT Holan yüksəkliklərində mülki şəxslərin ölümünü pisləyib
- 28-07-2024, 10:28
- Dünya
BMT-nin xüsusi koordinatoru Janin Hennis-Plasshert və beynəlxalq təşkilatın Livandakı müvəqqəti Qüvvələrinin komandanı, ispan general Aroldo Lasaro birgə bəyanatda Holan yüksəkliklərində yerləşən Majdal-Şəms qəsəbəsinə raket düşməsi nəticəsində mülki şəxslərin ölümünü pisləyib.
"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, beynəlxalq təşkilatın nümayəndələri vəziyyətin daha da gərginləşməməsi üçün bütün tərəfləri maksimum təmkinli olmağa çağırıblar.
“Biz Majdal-Şəmsdə mülki şəxslərin, o cümlədən uşaq və yeniyetmələrin ölümünü pisləyirik. Mülki şəxslər daim qorunmalıdır”, - məlumatda deyilir. “Biz tərəfləri maksimum təmkinlilik göstərməyə və davamlı intensiv zərbə mübadiləsinə son qoymağa çağırırıq. Bu, bütün bölgəni ağlasığmaz fəlakətə qərq edəcək daha böyük bir münaqişə alovunu alovlandıra bilər", - müraciətdə əlavə edilib.
Qeyd edək ki, Holan yüksəkliklərində Məcdəl Şəms qəsəbəsinə raket hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. Onların arasında uşaqlar və yeniyetmələr də var.