Главная > Dünya > BMT Holan yüksəkliklərində mülki şəxslərin ölümünü pisləyib
BMT Holan yüksəkliklərində mülki şəxslərin ölümünü pisləyib28-07-2024, 10:28. Разместил: azadses |
BMT-nin xüsusi koordinatoru Janin Hennis-Plasshert və beynəlxalq təşkilatın Livandakı müvəqqəti Qüvvələrinin komandanı, ispan general Aroldo Lasaro birgə bəyanatda Holan yüksəkliklərində yerləşən Majdal-Şəms qəsəbəsinə raket düşməsi nəticəsində mülki şəxslərin ölümünü pisləyib. "Report" xarici KİV-lərə istinadən xəbər verir ki, beynəlxalq təşkilatın nümayəndələri vəziyyətin daha da gərginləşməməsi üçün bütün tərəfləri maksimum təmkinli olmağa çağırıblar. “Biz Majdal-Şəmsdə mülki şəxslərin, o cümlədən uşaq və yeniyetmələrin ölümünü pisləyirik. Mülki şəxslər daim qorunmalıdır”, - məlumatda deyilir. “Biz tərəfləri maksimum təmkinlilik göstərməyə və davamlı intensiv zərbə mübadiləsinə son qoymağa çağırırıq. Bu, bütün bölgəni ağlasığmaz fəlakətə qərq edəcək daha böyük bir münaqişə alovunu alovlandıra bilər", - müraciətdə əlavə edilib. Qeyd edək ki, Holan yüksəkliklərində Məcdəl Şəms qəsəbəsinə raket hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. Onların arasında uşaqlar və yeniyetmələr də var. Вернуться назад |