Sorğu: Böyük Britaniyada apteklər dərman çatışmazlığı ilə üzləşir
- 17-06-2024, 13:00
- Dünya
Böyük Britaniya əhalisinin təxminən yarısı ölkədəki defisit səbəbindən zəruri dərmanları almaqda çətinlik çəkib.
“Report” xəbər verir ki, bu barədə “The Guardian” qəzeti “Opinium”un keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, sorğuda iştirak edənlərin 49 faizi son iki ildə tədarük problemlərinin kəskin şəkildə artdığı bir dövrdə dərmanların alınmasında problem yaşadıqlarını bildirib.
Sorğu onu da göstərib ki, hər 12-ci şəxs, yəni təqribən 8 faiz ehtiyac duyduğu dərmanlardan tamamilə məhrumdur, çünki dərmanı heç bir aptekdə tapmaq mümkün olmayıb. 31 faiz evlərinə ən yaxın və onlar üçün ən əlverişli aptekdə ehtiyac duyduqları dərmanın olmadığını müəyyən edib. Müəyyən edilib ki, apteklərin təxminən 23 faizində yetərincə dərman yoxdur.
Bu vəziyyətin səbəbləri arasında ən populyar variant Böyük Britaniyanın Avropa İttifaqından çıxması olub. İnflyasiya və gərgin qlobal vəziyyət də qeyd olunub.