azadses.az » Dünya » Küveyt və Ərəb Elektron Media Birlikləri COP29-la bağlı dəstək bəyanatı yayıb

Küveyt və Ərəb Elektron Media Birlikləri COP29-la bağlı dəstək bəyanatı yayıb

Küveyt və Ərəb Elektron Media Birliklərinin İdarə Heyətinin sədri Feysəl Xəlifə Əl-Səvvağ COP29-la bağlı dəstək bəyanatı yayıb.

Bu barədə "Report"a Azərbaycanın Küveytdəki Səfirliyindən bildirilib.

Bəyanatda deyilir:

“Son bir neçə ildə bütün dünyada mənfi təsirləri müşahidə olunan iqlim dəyişikliyinin faciəvi nəticələrinin aradan qaldırılması üçün beynəlxalq əməkdaşlıq zəruridir. Dünyada qəbul olunmuş ümumi prinsiplər var. Beynəlxalq miqyasda həmrəylik nümayiş olunmalıdır. Özümüzü bəşəri və sivil dünyanın bir hissəsi hesab etməliyik. Bunun üçün hər bir ölkə qlobal məsuliyyət hiss etməlidir. Bu baxımdan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunmasını çox böyük sevinclə qarşıladıq. Bu, Azərbaycanın trenddən geri qalmamasının bariz nümunəsidir. COP29 Azərbaycanın dünya siyasətinə əsaslı təsir imkanlarına malik olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, beynəlxalq qurumlarda mövqelərinin gücləndirilməsinə müsbət təsiri olacaq.

Dünyada baş verən iqlim dəyişikliyi ilə bağlı bir sıra problemlərin aradan qaldırılması istiqamətində də Küveyt-Azərbaycan əməkdaşlığı müsbət effekt verə bilər. Xüsusən yaşıl iqtisadiyyatın yaranması, bu istiqamət üzrə yeni bacarıq və biliklər haqqında Azərbaycan təcrübəsi Küveyt dövləti üçün vacibdir. Azərbaycanda yaşıl iqtisadiyyat davamlı olaraq inkişaf edir. Cəmiyyət ekoloji problemləri həll etməyə və daha davamlı təcrübələrə keçid etməyə çalışır. Təsadüfi deyildir ki, bu il Azərbaycanda “Yaşıl Dünya naminə Həmrəylik İli” elan olunub. “Yaşıl Dünya naminə Həmrəylik İli” dövlətlərin siyasi qərarlarının ətraf mühitə və planetimizə təsirini gücləndirəcəyinə əminik.

Belə beynəlxalq tədbirlərin keçirilməsi hər bir dövlətin üzərinə çox böyük məsuliyyət qoyur. Azərbaycanda bu günə qədər bir çox beynəlxalq tədbir keçirilib və təşkilatçılıq baxımından artıq Azərbaycan əhəmiyyətli təcrübəyə malikdir. İnanırıq ki, COP29 da Azərbaycan dövləti tərəfindən böyük müvəffəqiyyətlə keçiriləcək. Küveyt və Ərəb Elektron Media Birlikləri olaraq qeyd edilən beynəlxalq tədbirlə bağlı Küveyt və ərəb dünyası mediasında məlumatlandırma işinə öz töhfəmizi verməyə çalışacağıq.

Azərbaycan tərəfindən irəli sürülmüş yeni təşəbbüslər tərəfdaş ölkələr tərəfindən qəbul olunub və icra edilməkdədir. Bu da Azərbaycanın növbəti onilliklər ərzində uğurlu və sürətli inkişafını təmin etməyə əsas verir”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  2. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  3. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  4. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  5. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  6. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  7. Argentinada 6 maqnitudalı zəlzələ olub
  8. Şanlıurfada yol qəzası olub, ölənlər var
  9. Lerik rayonunda zəlzələ baş verib
  10. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"