azadses.az » Manset » Caspian Energy Club Tbilisidə növbəti CEO MeetUp tədbirini keçirdi.

Caspian Energy Club Tbilisidə növbəti CEO MeetUp tədbirini keçirdi.

Fevralın 8-də Caspian Energy Club Tbilisidə “Green Economy Transition” mövzusuna həsr olunmuş növbəti CEO MeetUp Tbilisi tədbirini təşkil edib. Bunu Caspian Energy Club International idarəedici direktoru və Caspian Energy Club Georgia-nın icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Günel Quliyeva bildirib.

Tədbirdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 70-ə yaxın şirkət, o cümlədən Gürcüstanın dövlət qurumlarının rəhbərləri, diplomatik korpusun nümayəndələri, Caspian Energy Club-a üzv olan şirkətlərin top-menecerləri və nümayəndələri iştirak ediblər.

Tədbirə fəxri qonaq qismində Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin nümayəndəsi Samir Abdurahimov, müşavir və Türkiyə Respublikası Səfirliyi rəhbərinin müavini Kazım Kartal, Gürcüstanın Ticarət və Sənaye Palatasının beynəlxalq əlaqələr və layihə menecmenti departamentinin direktoru Georgiy Vekua, Acarıstan Muxtar Respublikasının Ticarət və Sənaye Palatasının sədri Georgiy Romanadze, EUGBC-nin Acarıstan regionu üzrə nümayəndəsi Tamaz Turmanidze, Gürcüstan-Türkiyə İşgüzar Şurasının rəhbəri Osman Çalışkan-Mjavanadze və AZEBI-nin sədri Nəriman Qurbanov qatılıblar.

Spiker qismində Gürcüstanın İnnovasiyalar və Texnologiyalar Agentliyinin sədr müavini Levan Darsalia, Gürcüstanın Enerji İnkişafı Fondunun layihələrin idarə edilməsi üzrə direktoru Nuqzar Xaindrava, Achar Energy-nin baş direktoru Çağatay Ülker çıxış ediblər.

Görüş zamanı həm dövlət, həm də özəl şirkətlərin “yaşıl” iqtisadiyyata keçidi, atmosferə atılan istixana qazlarının azaldılması, iqlim dəyişikliyinin sürəti və s. kimi məsələlər müzakirə olunub. Tədbirdə müzakirə edilən əsas mövzulardan biri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi olub. CEO MeetUp Tbilisi-nin iştirakçıları bu tədbirə böyük maraq göstərərək, onun təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün əhəmiyyətini vurğulayıblar.

Müzakirə panellərinin moderatoru qismində Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva və Caspian Energy Club Türkiyə-nin sədri Süleyman Məcidli çıxış ediblər.

Günel Quliyeva çıxışı zamanı Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinə, Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinə, Türkiyə Respublikasının Gürcüstandakı Səfirliyinə, Gürcüstanın İnnovasiyalar və Texnologiyalar Agentliyinə, Gürcüstanın Enerji İnkişafı Fonduna, eləcə də tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə bütün iştirakçılara minnətdarlığını bildirib. “Gürcüstan şirkətlərini tədbirlərimizdə iştiraka fəal cəlb edən AZEBI-yə də öz təşəkkürümü bildirmək istərdim. Üzv şirkətlərimizin fəaliyyət göstərdiyi bütün ölkələrdə əməkdaşlıq etdiyimiz əvəzolunmaz tərəfdaşlarımız DEİK-ə xüsusi təşəkkür edirik. Qeyd edim ki, mayın 10-12-də Batumidə DEİK-in təşkilatçılığı ilə turizm məsələlərinə həsr olunacaq sərgi keçiriləcək və Caspian Energy Club bu sərginin tərəfdaşı olacaq. Sərgi çərçivəsində Gürcüstanın və regionun turizm potensialı, sektorun inkişaf perspektivləri və s. kimi bir sıra məsələlərin müzakirəsinə həsr ediləcək CEO MeetUp təşkil etməyi planlaşdırırıq” - deyə Günel Quliyeva bildirib.

“Achar Energy rəhbərliyinə də xüsusi təşəkkürümüzü bildiririk. Qeyd edim ki, CEO MeetUp Tbilisi-də təkcə Azərbaycan və Gürcüstandan olan sahibkarlar deyil, həm də Gürcüstanın və Türkiyənin müxtəlif regionlarından olan şirkətlərin top-menecerləri və aparıcı mütəxəssisləri iştirak edirdilər. Biz bu cür tədbirlərin keçirilməsi tendensiyasını bundan sonra da dəstəkləmək niyyətindəyik. Xatırladım ki, ötən ilin fevral ayında Caspian Energy Club Georgia-nın təşkilati dəstəyi ilə Caspian Energy Investment Forum keçirilmişdir ki, onun sessiyalarından biri də “yaşıl” enerjiyə keçid məsələlərinə həsr olunmuşdur. Fürsətdən istifadə edərək, dövlət qurumları və şirkətləri fevralın 29-da Bakıda keçiriləcək Caspian Energy MeetUp-da iştirak etməyə dəvət edirəm”, - Günel Quliyeva əlavə edib.

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.
Anar
Anar Agayev
Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, Almaniya, Polşa, Qırğızıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Estoniya, Finlandiya, Avstriya, BƏƏ-də rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas funksiyalarından biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?