Venesuela Prezidenti Meksika ilə əməkdaşlıq kursunu təsdiqləyib
- 5-06-2024, 10:29
- Dünya
Venesuela Prezidenti Nikolas Maduro və Meksikanın yeni seçilmiş Prezidenti Klaudiya Şeynbaum telefon danışığında iki ölkənin dostluq münasibətlərini təsdiqləyiblər.
“Report”un məlumatına görə, bu barədə Venesuelanın xarici işlər naziri İvan Xil Pinto “X” sosial şəbəkəsindəki səhifəsində xəbər verib.
"Venesuela Prezidenti Nikolas Maduro Meksikanın yeni seçilmiş Prezidenti Klaudia Şeynbaum ilə qardaşlıq, dostluq telefon danışığı aparıb və onu 2 iyun seçkilərində sağçı qüvvələrin manipulyasiyaları üzərində heyrətamiz qələbəsi münasibətilə təbrik edib", - nazir yazıb. Onun sözlərinə görə, tərəflər Meksika və Venesuelanın - müstəqillik uğrunda mübarizədə böyük tarixi olan ölkələrin əməkdaşlıq və qardaşlıq kursunu təsdiqləyiblər.