Maduro ölkəsinin Amerika Dövlətləri Təşkilatına qayıtmayacağını bildirib
- 16-05-2023, 12:06
- Dünya
Venesuela Prezidenti Nikolas Maduro ölkəsinin heç vaxt Amerika Dövlətləri Təşkilatına (ADT) qayıtmayacağını bəyan edib.
“Report” xəbər verir ki, bu barədə siyasətçi “Venezolana de Televisión” dövlət telekanalının efirində bildirib.
Maduro hesab edir ki, ADT ləğv edilməlidir. Prezidentin sözlərinə görə, təşkilat 70 il ərzində Latın Amerikası və Karib hövzəsində, Çili, Braziliya, Honduras, Paraqvay, Boliviya kimi ölkələrdə bütün dövlət çevrilişlərini və müdaxilələrə müsbət baxıb. Buna görə də Maduro vurğulayıb ki, Venesuela ADT-dən ayrılıb və heç vaxt ona qayıtmayacaq.