azadses.az » Dünya » Hindistanda Modi yenə qalib gəlib - islamofobiya baş rolunu davam etdirəcək - ŞƏRH

Hindistanda Modi yenə qalib gəlib - islamofobiya baş rolunu davam etdirəcək - ŞƏRH

Hindistanda parlament seçkilərinin nəticələri elan olunub. Ölkənin fəaliyyətdə olan Baş naziri Narendra Modinin başçılıq etdiyi Bxaratiya Canata Partiyası ilə birlikdə Milli Demokratik Alyans qalib olub.

Məlumata əsasən, səslərin 85 faizi sayılıb. Koalisiya parlamentdəki 543 yerdən 279-nu qazanıb. Bülletenlərin sayılması davam edir.

Milli Konqres Partiyasının sədri Rahul Qandinin başçlıq etdiyi, 28 siyasi partiyadan ibarət Hindistan Ümummilli İnkişaf Alyansı 205 səslə ikinci yeri tutub.

Qeyd edək ki, Hindistanda parlament seçkiləri bu il aprelin 19-da başlayıb. Bu siyasi kampaniya 7 mərhələdə keçirilir. Təxminən 969 milyon seçici qeydiyyata alınıb.

Narendra Modinin başçılıq etdiyi koalisiyaya qarşı 28 müxalif siyasi təşkilat birləşərək alyans yaratmışdı. 73 yaşlı bu siyasi lider Cəvaharlal Nerudan sonra ardıcıl olaraq üçüncü dəfə seçkilərin qalibi olan ikinci şəxsdir.

Modi ötən seçkilərdə seçiciləri “müxalifətə qarşı cihada” çağırmışdı. Beynəlxalq ictimaiyyət onu siyasətçiləri həbs etməkdə, müxalif siyasi partiyalara təzyiq göstərməkdə, habelə Qucarat ştatındakı qırğınında ittiham olunub.

Qeyd edək ki, 2002-ci ilin fevral-mart aylarında bu əyalətdə hinduslarla müsəlmanlar arasında qanlı kütləvi qarşıdurma yaşanıb. Bu toqquşma nəticəsində 790 müsəlman, 254 hindus ölüb, 223 nəfər isə itkin düşüb, 2500-dən çox insan xəsarət alıb. Modi 2001-2014-cü illərdə Qucarat ştatının baş naziri olub. Ona görə əyalətdə baş verənlərə birbaşa məsuliyyət daşıyır. Ancaq, təəssüf ki, həmin qanlı hadisələrdən sonra o, vəzifə səlahiyyətlərinin icrasını davam etdirdi, hətta Hindistan hökumətinin başçısı belə oldu.

Modi Nerunun göstəricisini təkrarlasa da, müsəlmanlara münasibətdə ayrı-seçkiliyə yol verir. Ötən il o, immiqrant müsəlmanlara vətəndaşlıq verilməsini qadağan olunması haqqında qanunu təsdiqləyib. Hökumət bununla iki milyondan çox müsəlman mühaciri Hindistan vətəndaşı olmaqdan məhrum edib. Belə bir şərait yaratmaqla o, hindus milliyyətçilərinin əlinə müsəlmanlara hücumunu “qanuniləşdirir”. Bu isə ölkədə dini-etnik qarşıdurmanın yeni dalğasının əsasının qoyulması deməkdir. Hindular Modinin islamofob siyasətini bəyənməklə həm də gələcəkdə Hindistanın ərazisinin yenidən parçalanacağına zəmin hazırlayıblar. Bu qanun Cammu və Kəşmirdəki müsəlmanların vətəndaş olmalarına böyük maneədir. 2002-ci il hadisələrinə görə qərb ölkələri Hindistan siyasi qüvvələrinin bir qisminə, o cümlədən Modiyə səyahət vizası sanksiyası tətbiq etmişdi.

“Modinin əli müsəlmanların qanına batıb” - Hindistan hökumətinə üçüncü dəfə başçılıq edəcək 73 yaşlı siyasətçinin qazandığı ən əsas şey ictimai-siyasi damğadır.

Qlobal siyasi arenada dünya müsəlmanlarının təəssübçüsü rolunu oynayan İran Qucarat hadisələrinə görə məsuliyyət daşıyan Modini 2016-cı ildə Tehranda Sadabad sarayında İranın ovaxtkı prezidenti Həsən Ruhani rəsmi mərasimlə qarşılayıb. Narenda Modi Tehrana səfəri çərçivəsində Hindistan, İran və Əfqanıstan arasında siyasi, iqtisadi və mədəni sahədə ortaq əməkdaşlığa dair imzalanan üçtərəfli müqavilənin icrası vəziyyətini, ikitərəfli, regional və beynəlxalq əlaqələrin artırılması kimi məsələləri müzakirə etmişdilər.

Tehran hakimiyyəti Ermənistan və Hindistanla birlikdə “Cənub-Şimal” yol-nəqliyyat dəhlizi layihəsini də həyata keçirməyə səy göstərir. Yeri gəlmişkən, seçkiqabağı kampaniya zamanı N.Modi müsəlmanlara qarşı söylədiklərindən imtina etməklə də siyasi riyakarlıq edib. O bildirib ki, islama və müsəlmanlara qarşı heç bir çıxış olmayıb. Halbuki o, bir müddət əvvəl etdiyi son çıxışlarından birində müsəlmanları “daha ​​çox uşaq sahibi olan” “infiltratorlar” (bu sözün bir mənası da kəşfiyyatçı, casus anlamını verir-red.) adlandırmışdı.

Mühacirə müsəlmanlara hüquqi qadağalar tətbiq edən Hindistan hakimiyyəti Ermənistan hökuməti ilə miqrant işçilərə dair razılıq əldə edir. 44 günlük Vətən müharibəsi zamanı Hindistan Ermənistanı silahla da təmin etməyə çalışıb. Ancaq buna vaxtı çatmayıb. Hindistanın “Indian Defense Research Wing” nəşrinin məlumatına görə, rəsmi Delhi ödənişi təxirə salmaq şərti ilə təcili olaraq Ermənistana atıcı silahlar, döyüş sursatları və başqa silahlar göndərməyi təklif edibmiş. Onda İrəvan bu yardıma razılıq versə də, hərbi avadanlıqları çatdıracaq aviadaşıyıcıları təşkil edə bilməyiblər. Müharibədən əvvəl isə Hindistan Ermənistana 4 ədəd “Su-30SM” qırıcısı göndəribmiş.

Cammu və Kəşmirin xüsusi statusunun ləğv edilməsi haqqında qanunu qəbul edilməsi də Modi hökumətinin islamofob addımlarındandır. Hindistan parlamentinin 2019-cu ildə Cammu və Kəşmirin xüsusi statusunun ləğvinin lehinə səs verməsi nəticəsində ölkə konstitusiyasına uyğun əlavə edilib - Bu əyalət ölkənin başqa ştatlarının istifadə etdiyi səlahiyyət və hüquqlardan fərqli heç bir daxili suverenliyi olmayacaq. Qeyd edək ki, 2019-cu ildə bölgənin muxtariyyət statusunun ləğvi Hindistanla Pakistanın münasibətlərinin pisləşməsinə səbəb olmuşdu.

Həmin il avqustun 5-də Hindistan hökuməti Cammu və Kəşmir ştatına xüsusi status verən konstitusiyanın 370-ci maddəsinin ləğvini elan etmişdi. Kəşmirdə gərginliyin qarşısını almaq üçün ştatın konstitusiya statusunun dəyişdirilməsi qərarından sonra Yeni Delhi hakimiyyəti şimala onminlərlə hərbçi yeritmişdi. Komendant saatı tətbiq edilib, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, mobil rabitə və internet kəsilmişdi. Bölgə 4 ildir hərbi polis rejimi şəraitindədir.

370-ci maddəyə görə, Hindistan parlamentinin qəbul etdiyi qanun əyalətin ali qanunverici orqanında ratifikasiya olunmadan regionda qüvvəyə minmirdi. Müdafiə, xarici əlaqələr məsələləri isə istisna təşkil edirdi. Cammu və Kəşmirin öz bayrağı və konstitusiyası var. Başqa ştatlardan olan hindistanlılar bu bölgədən torpaq və ya daşınmaz əmlak ala bilməzdilər.

Qeyd edək ki, Kəşmirin 45 faizi Hindistan, 35 faizi Pakistan, 20 faizi Çin hakimiyyətinin nəzarəti altındadır. Bölgə çoxdilli və çoxmədəniyyətlidir. Ştatın rəsmi dili urduca, yazısı ərəb əlifbasıdır.

Kəşmir əhalisinin 60 faizə yaxını müsəlman, təxminən 2 faizi hindus, Cammunun 31 faizi müsəlman, 65 faizi hindus, Ladakın isə 47 faizi müsəlman, 6 faizi hindusdur. Ştatın ümumilikdə 11 milyona yaxın əhalisi var.

Narendra Modinin başçılıq etdiyi siyasi qüvvələrin daha beş il müddətinə hakimiyyətdə qalması Hindistanda müsəlmanlar üçün yeni problemlərin yaranacağını ehtimal etməyə əsas verir. Əvvəlkilər, ilk növbədə, Cammu və Kəşmir problemi həll edilməyəcək. Hindistanda müsəlmanlara qarşı yeni iğtişaşların törədilməsi də istisna edilmir. Bu dəfə hədəfdə miqrant müsəlmanların olacağı gözlənilir. Hindistan iqtisadiyyatını ilk yerlərə yüksəltməyi hədəflədiyini iddia edən Modi Hindistan cəmiyyəti üçün başlıca sosial, siyasi, mədəni problemləri həll etmək gücündə deyil. Qucarat hadisəsinin günahkarları hələ də cəzalanmayıb. Deməli, Hindistanın müsəlman vətəndaşlarını gözləyən təhlükə, təhdid aradan qalxmayıb. Modi hökuməti isə bu kimi məsələlərdə saxtakarlıq edir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  2. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  3. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  4. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  5. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  6. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  7. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  8. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  9. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  10. Şabranda evə basqın olub, ölən və yaralanan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”