Hindistanın Baş naziri ABŞ-a rəsmi səfər edəcək
- 20-06-2023, 11:44
- Dünya
Hindistanın Baş naziri Narendra Modi ABŞ Prezidenti Cozef Baydenlə danışıqlar aparmaq üçün bu həftənin sonunda Vaşinqtona getməzdən əvvəl çərşənbə axşamı Nyu-Yorka gedəcək.
Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.
Modinin çərşənbə axşamı Endryus Hərbi Hava Qüvvələri bazasına baş çəkəcəyi və burada bir qrup Hindistan əsilli amerikalı ilə görüşəcəyi gözlənilir.
Çərşənbə günü Baş nazir BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Beynəlxalq Yoqa Gününün qeyd olunmasında iştirak edəcək. Bundan sonra Modi Vaşinqtona yollanacaq. Hindistan mətbuatının yazdığına görə, axşam o, Bayden cütlüyü ilə kiçik şəxsi şam yeməyinə dəvət olunub, lakin bunun rəsmi təsdiqi yoxdur.
Cümə axşamı, iyunun 22-də Ağ Evdə Modinin rəsmi təntənəli qarşılanma mərasimi keçiriləcək. Mərasimə 1 000-dən çox insan dəvət olunub. Daha sonra Modi və Bayden danışıqlar aparacaq, bundan sonra onlar Hindistanın Baş nazirinin çıxış edəcəyi ABŞ Konqresinə gedəcəklər.