ABŞ Aİ missiyasının "Rəfah" buraxılış məntəqəsinə nəzarət etməsini istəyir
- 23-05-2024, 13:00
- Dünya
ABŞ administrasiyası Avropa İttifaqı, Misir və İsrail ilə Qəzza zolağının sərhədində "Rəfah" buraxılış məntəqəsinə nəzarət missiyasının verilməsi ilə bağlı danışıqlar aparır.
“Report”un məlumatına görə, bu barədə “Politico” qəzeti mənbələrə istinadən xəbər verib.
Onların sözlərinə görə, Amerika hakimiyyəti "Rəfah" nəzarət məntəqəsində vəziyyətin monitorinqi üzrə Avropa missiyası ilə onun işinin bərpa olunmasına kömək barədə məsləhətləşir.
Nəşr qeyd edib ki, ABŞ İsrail və Misirin sərhəddə təhlükəsizliyin təmin edilməsi məsələsində düşdüyü çıxılmaz vəziyyətdən çıxış yolu tapmağa çalışır. Bu vəziyyətdə Vaşinqton missiyadan İsrailin Fələstin anklavının cənubundakı şəhərdə hərbi əməliyyat keçirəcəyi şəraitdə Qəzza zolağında "Rəfah" nəzarət məntəqəsinin açılmasına və nəzarətinə kömək üçün xahiş edir.