Fransa dəmiryolçuları kütləvi tətil planlaşdırırlar
- 18-05-2024, 10:30
- Dünya
Fransa Dəmir Yolları Milli Şirkətinin (SNCF) əməkdaşları mayın 21-də kütləvi tətil keçirmək niyyətindədirlər.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə aksiya təşəbbüsü ilə çıxış edən həmkarlar ittifaqlarından biri “Sud-Rail” məlumat yayıb.
"Fransa Dəmir Yolları Milli Şirkətində “Sud-Rail”in təşəbbüsü ilə mayın 21-də İl-de-Frans ərazisindəki “səfərbərlik” çox güclü olacaq, bu dəqiqdir. Ertəsi gün SNCF-nin rəhbərliyi ilə tələblərimizə cavab verməli olacaq danışıqlar planlaşdırılır", - açıqlamada deyilir. "Ümumi əmək Konfederasiyası" (CGT) və "Milli Muxtar Həmkarlar İttifaqları Birliyi" (UNSA) da qarşıdakı tətilə qoşulduqlarını bildiriblər.
“Les Echos” qəzetinin məlumatına görə, SNCF beynəlxalq yarışlar zamanı işləyəcək əməkdaşlara gündəlik 50 avro, məzuniyyətlərini təxirə salmağa məcbur olanlara isə 200-500 avro məbləğində mükafat ödəməyi təklif edir. “Sud-Rail” öz növbəsində, gündəlik mükafatı 100 avroya qaldırmağı, eyni zamanda bütün SNCF işçilərinə birdəfəlik 1 000 avro ödəməyi və aylıq maaşı 400 avro artırmağı tələb edir.