Polşa Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşdü - FOTO
Polşa Respublikasının Prezidenti Andjey Duda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Mərkəzin üzvləri - Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitarovic, Robert F.Kennedy İnsan Hüquqları Fondunun Prezidenti Kerry Kennedy, “ExxonMobil” şirkətinin vitse-prezidenti Jan Baderşnayder, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya, Gürcüstanın sabiq Baş nazirinin müavini Eka Tkeşelaşvili, Çexiya Respublikasının sabiq Baş naziri Yan Fişer, Amerika Xarici Əlaqələr Komissiyasının Prezidenti Suzan Elliott, Mərkəzin baş katibi Rövşən Muradov və baş katibin müavini İlahə İbrahimli iştirak ediblər.
Görüşün əvvəlində Prezident Andjey Duda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə bu çətin dövrdə göstərdikləri dəstəyin və həmrəyliyin əhəmiyyətini vurğulayaraq öz təşəkkürünü bildirib. Hazırda regionda baş verən və bütün Avropanın gələcəyinə təsir edən Ukrayna müharibəsi və müharibənin ərzaq təhlükəsizliyinə, beynəlxalq nizama etdiyi təsir və təhlükə görüşün əsas müzakirəsinə çevrilib. Prezident bu müharibənin təkcə Avropanın deyil, bütün dünya ölkələrinin başlıca problemi olduğunu vurğulayıb.
Mərkəzin üzvləri Polşa xalqının yaranmış qaçqın böhranının həllində oynadığı önəmli rolu vurğulayaraq Prezidentə minnətdarlıqlarını bildirib və bu istiqamətdə lazımi dəstəyi göstərəcəklərini bildiriblər.
Sonra müəllifi Mərkəzin həmsədri xanım Vayra Vike-Freyberqa olan “Nizami Gəncəvinin yeddi gözəli və ədəbiyyatda digər esselər”, Mərkəzin təşəbbüsü ilə nəşr olunmuş “Qələmin sehri, Nizami Gəncəvinin Xəmsəsindən seçilmiş əlyazmalar” adlı kitab Polşa Prezidentinə təqdim olunub.
Daha sonra qonaqlar Polşa Prezidentini qarşıdan gələn 9-cu Qlobal Bakı Forumunda iştirak üçün Bakıya dəvət ediblər.
Görüşün sonunda Prezident Duda qonaqlarla xatirə şəkli çəkdirib.