Çernobıl AES Belarusun elektrik şəbəkəsinə qoşulacaq? - Yenilənib
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynadakı Çernobıl Atom Elektrik Stansiyasını elektrik enerjisi ilə təmin edəcəklərini açıqlayıb.
“Azadsəs.az” xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə müvafiq göstəriş verib.
Lukaşenko qeyd edib ki, mövzu ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı olub.
"Mən energetika nazirinə elektrik stansiyasında elektrik enerjisinin verilməsi istiqamətində işlərin təşkili barədə göstəriş vermişəm. Belarus ekspertləri regiona göndərilib", - Lukaşenko bildirib.
Xatırladaq ki, Ukraynanın Milli Enerji Şirkəti “Ukrenergo” fevralın 9-da Çernobıl AES-də elektrik enerjisinin tamamilə kəsildiyini bildirib.
Qeyd edək ki, Çernobıl AES fevralın 24-də Rusiya hərbçiləri tərəfindən ələ keçirilib, bundan sonra stansiyadakı nüvə monitorinq sistemlərinin Beynəlxalq Atom Enerjisi Agentliyinə məlumat ötürülməsini dayandırdığı açıqlanıb.
***
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) Çernobıl AES-in Belarusun elektrik şəbəkələrinə qoşulması ilə bağlı məlumatı təsdiqləməyib.
Bu barədə MAQATE-nin baş direktoru Rafael Mariano Rosi bildirib.