Qazaxıstanda 3 400-ə yaxın ev su altında qalıb, 63 mindən çox insanı təxliyə edilib
- 7-04-2024, 16:33
- Dünya
Qazaxıstanda daşqınlar nəticəsində 3 400-ə yaxın ev su altında qalıb.
“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması şöbəsinin rəhbəri Kaharman Orazalin bildirib
Onun sözlərinə görə, daşqınlarla əlaqədar on rayonda fövqəladə vəziyyət elan edilib və xilasedicilər ölkənin bəzi ərazilərindən 63 mindən çox insanı təxliyə ediblər.
Qeyd olunub ki, xilasetmə əməliyyatlarına 8,7 mindən çox insan, 1,7 min texnika və 12 təyyarə cəlb olunub.