Papua-Yeni Qvineyada zəlzələ nəticəsində 3 nəfər ölüb
- 25-03-2024, 18:09
- Dünya
Papua-Yeni Qvineyeda güclü zəlzələ nəticəsində üç nəfər ölüb və 90-dən çox ev dağılıb.
“Report” xəbər verir ki, bu barədə yerli “Post Courier” nəşri məlumat yayıb.
Bildirilib ki, zəlzələ son həftələr daşqınlara məruz qalmış Şərqi Sepik əyalətinə təsadüf etdiyindən regionun vəziyyəti daha da acınacaqlıdır. Əyalətdəki Sotmeri kəndinin ümumiyyətlə su altında qaldığı deyilir.
Ölənlərdən ikisi Cikinumbu, digəri Sotmeri kəndlərindəndir.
ABŞ-nin Geoloji Xidmətinin yenilənmiş verilənlərinə görə, Papua-Yeni Qvineyanın Ambunti qəsəbəsinin yaxınlığında 6,9 maqnitudalı zəlzələ olub. Daha əvvəl yeraltı təkanların maqnitudasının 6,8 olduğu bildirilmişdi.