Slovakiyada minlərlə fəal hökumətin media ilə bağlı planlarına etiraz edib
- 16-03-2024, 10:30
- Dünya
Slovakiyanın Bratislava və Koşitse şəhərlərində minlərlə fəalın hökumət əleyhinə mitinqləri keçirilib. Nümayişçilər respublika hökumətinin İctimai Televizi və "Slovak" radiosuna nəzarəti kəskin şəkildə gücləndirmək planlarına etiraz ediblər.
"Report"un xəbərinə görə, bu barədə "Markiza" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, təkcə Bratislavada hökumət əleyhinə mitinqdə təxminən 15 min fəal iştirak edib. Etirazları Slovakiyanın parlament müxalifətinin liberal partiyaları təşkil edib.
Bundan əvvəl respublikanın 200-ə yaxın jurnalisti hakimiyyətin hərəkətlərinə etirazını bildirən birgə bəyanat imzalayıb, Nazirlər Kabinetinin ictimai yayımçılarla bağlı planlarına qarşı çıxıb. Slovakiya Televiziyasının və "Slovak" radiosunun əməkdaşları hökumətin səyləri həyata keçiriləcəyi təqdirdə tətilə çıxmaq imkanını nəzərdən keçirirlər.
Nazirlər Kabinetinin İctimai Televiziya və "Slovak" radiosu ilə bağlı niyyətlərinə etiraz edənlər ictimai yayımçıların müstəqilliyini itirməsindən narahat olduqlarını bildirirlər. Avropa Komissiyasının sədr müavini Vera Yurova da Slovakiyanın Nazirlər Kabinetinin mətbuat sektorundakı planlarından narahatlığını ifadə edib.
İctimai yayımçılara nəzarət edən Mədəniyyət Nazirliyi televiziyanın və "Slovak" radiosunun yaradıcılıq fəaliyyətinin əhatə dairəsini sərtləşdirmək üçün hökumət qanun layihəsi hazırlayıb. Nazirliyin rəhbəri Martina Simkoviçova iddia edib ki, orada daxili senzura işləyir və yeniliklər bunu aradan qaldıracaq.
Slovakiyada mövcud hökumət koalisiyasına daxil olan partiyalar parlamentdə çoxluğa malikdir. Telekanalın məlumatına görə, koalisiyadan olan deputatlar Mədəniyyət Nazirliyinin təklif etdiyi sənədi asanlıqla təsdiqləyə bilərlər.