Ermənistanda Rusiya əleyhinə etiraz aksiyası keçirilib
- 8-01-2023, 16:32
- Dünya
Bazar günü Ermənistan polisi Rusiyanın Gümrüdəki hərbi bazasına girişləri bağlamağı planlaşdıran anti-Rusiya aksiyasının onlarla iştirakçısını saxlayıb. Etirazçılar Xankəndi - Laçın yolunun açılmasını tələb ediblər.
200-ə yaxın insanın iştirak etdiyi icazəsiz mitinqi Rusiyaya qarşı mövqeyi ilə tanınan müxalif “Milli Demokratik Qütb” təşkil edib.
Xatırladaq ki, bu hərəkatın liderləri 2016-cı ilin yayında İrəvanın mərkəzindəki polis alayının bazasını ələ keçirmiş “Sasna Tsrer” hərbiləşdirilmiş təşkilatının üzvləri idi.