MDB XİN Şurasının iclasının keçiriləcəyi yer və vaxt məlum olub
- 27-02-2024, 08:00
- Dünya
Aprelin 12-də Minskdə MDB Xarici İşlər Nazirləri (XİN) Şurasının iclası keçiriləcək.
“Report” Belarus KİV-lərə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında MDB-nin Baş katibi Sergey Lebedev məlumat verib.
“Ötən gün Belarusun xarici işlər naziri Sergey Aleynik ilə görüşdüm və artıq aprelin 12-də Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının qarşıdan gələn iclasına hazırlığı əsaslı şəkildə müzakirə etdik”, - MDB-nin Baş katibi deyib.
Həmin iclasda müzakirə ediləcək əsas məsələlərdən biri MDB ölkələrinin beynəlxalq aləmdə qarşılıqlı fəaliyyəti olacaq.