Yucin Si: "Bakı limanında "yaşıl" enerji ilə işləyən avadanlıqlardan istifadə gündəmdədir"
- 29-11-2023, 18:47
- Dünya
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ikinci fazasında elektrik və digər "yaşıl" enerji növləri ilə işləyən avadanlıqlardan istifadə gündəmdədir.
Bunu “Report”a açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Əməliyyatlar departamentinin müdiri Yucin Si (Eugene Seah) deyib.
"İkinci fazada texnoloji cəhətdən səmərəli innovasiyalardan istifadə edilməsi nəzərdə tutulub. Hazırda kranlar elektriklə işləyir. Yaxın gələcəkdə isə çəngəlli yükqaldırıcı maşınlar, konteyner yükləyicilər və digər bir sıra avadanlıqların elektriklə işləməsi nəzərdə tutulur. Bu, atmosferdə karbonun azaldılması səylərinə “yaşıl” töhfə verəcək”, - deyə Y. Si bildirib.
Xatırladaq ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 1902-ci ildən fəaliyyət göstərən Bakı limanının bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16 min manatdır. Liman yük, neft və bərə terminallarından ibarətdir.
14 may 2018-ci il tarixindən Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş yeni Bakı limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 min TEU konteyner təşkil edir. İkinci fazanın yekunlaşdırılmasından sonra Bakı limanından ildə 25 milyon tona qədər yük aşırılacaq, 500 min TEU konteyner keçə biləcək.
2022-ci ildə Bakı Limanından 6,3 milyon ton, 2023-cü ilin 10 ayında isə 6,1 milyon tondan çox yük aşırılıb. Bu rəqəmin ilin sonuna qədər 7 milyon tonu keçəcəyi proqnozlaşdırılır.