azadses.az » Cəmiyyət » Bakı Limanının tikintisinin ikinci fazası üzrə görülən işlər açıqlandı - FOTO

Bakı Limanının tikintisinin ikinci fazası üzrə görülən işlər açıqlandı - FOTO

Hazırda Bakı Limanının tikintisinin ikinci fazasının texniki-iqtisadi əsaslandırılması, gələcək proqnozlarının nəzərə alaraq layihələndirilməsi və bu kimi digər zəruri işlər aidiyyəti dövlət qurumlarının da iştirakı ilə həyata keçirilir.

Bu barədə “Report”un sorğusunun cavab olaraq “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib.

“Xüsusilə qeyd olunmalıdır ki, limanın inkişafının 2-ci fazasının inşası və idarə edilməsində də təcrübəli beynəlxalq logistika şirkətlərinin iştirak etməsi nəzərdə tutulur”, - açıqlamada deyilir.

Qeyd edilib ki, Azərbaycanın geostrateji mövqeyinin gücləndirilməsi və tranzit imkanlarının daha da artırılması baxımından logistika və qlobal dəhlizlərdə əhəmiyyətli rol oynayan Bakı Limanının ikinci fazasının inşası mühüm əhəmiyyət kəsb edir.

Bildirilir ki, Bakı Limanının inkişaf strategiyasına uyğun olaraq limanın tikintisinin ikinci fazasının icra edilməsi hələ uzun illər əvvəldən nəzərdə tutulub.



“Bakı Limanının inşasının birinci mərhələsi 2018-ci ildə yekunlaşıb və bununla da limanın yükaşırma həcmi 100 000 TEU konteyner də daxil olmaqla illik 15 milyon tona bərabər olub. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və yaşıl həllər tətbiq olunduğu Bakı Limanının yükaşırma həcmi hər il artır.

Eyni zamanda dünyada formalaşan yeni reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycana böyük tələb formalaşıb və bu amil səbəbindən ölkəmizin ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı Limanına cəlb edilən yükün həcmi sürətlə artır. Hazırda Bakı Limanı, gələn yük həcmini qarşılamaq imkanında olsa da, yaxın gələcəkdə bu həcmin daha çox artacağı ilə bağlı real proqnozlar, Bakı Limanının ikinci fazasının tikintisinə qısa zamanda başlanılmasını zəruri edir”, - Bakı Limanından bildirilib.

Qeyd edək ki, bununla bağlı hazırlanan ilkin layihəyə əsasən, limanın tikintisinin ikinci fazasının yekunlaşdırılması ilə limanın illik yükaşırma gücü 500 000 TEU konteyner də daxil olmaqla 25 milyon tona qədər artırılacaq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  2. Bakıda yol qəzası olub, xəsarət alan var
  3. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  4. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  5. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  6. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  7. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  8. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  9. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  10. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”