Azərbaycanın xəmir mayası istehsalçısı ləğv olunur
Martın 29-da, saat 10:30-da “Azər-Maya” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Dağlı küçəsi, 3105-ci məhəllə ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin 2021-ci il üçün maliyyə hesabatının təsdiq edilməsi, eləcə də səhmdar cəmiyyətinin ləğv prosesi məsələsi daxildir.
Xatırladaq ki, "Azər-Maya" 1973-cü ildən fəaliyyət göstərən keçmiş Bakı Bulka-Maya Zavodunun bazasında 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 444 340 manatdır. Şirkət ölkənin preslənmiş xəmir mayasına olan tələbatını ödəyir.