Uqandalı nazir: "Dünyada üç qadından biri zorakılıqla üzləşir"
- 20-11-2023, 12:55
- Dünya
"Dünyada üç qadından biri zorakılıqla üzləşir. Onların 58 faizi isə həyat yoldaşları tərəfindən öldürülür".
"Report" xəbər verir ki, bunu Uqandanın gender, əmək və sosial inkişaf naziri Betti Amongi Ongom Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qadınların hüquqları pozulur, hətta bəzi ölkələrdə onlar öz adlarına bank hesabı belə aça bilmir: "Burada 120 ölkə təmsil olunur. Qadınların hüquqlarının qorunması vacibdir. Biz xanım nazirlər olaraq anlamalıyıq ki, hələ məqsədimizə çatmaqdan çox uzağıq, bir çox baryerlər mövcuddur, bəzi ölkələrdə qadınlara qarşı ayrı-seçkiliyə yolverilmə halları, qadın sünnəti, erkən yaşda nikaha cəlb edilmə halları var".