Azərbaycana bu il yatırılan birbaşa xarici investisiyaların həcmi açıqlanıb
- 12-09-2023, 17:55
- İqtisadiyyat
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın neft-qaz və qeyri-neft-qaz sektorlarına ümumilikdə 3 milyard ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov brifinqdə deyib.
"Bunun 717 milyon ABŞ dolları həcmində hissəsi qeyri-neft-qaz sektoruna yatırılıb. Ölkədən ümumilikdə 3,6 milyard ABŞ dolları həcmində birbaşa xarici investisiyanın repatriasiyası baş verib", - S. Nəsirov bildirib.
Onun sözlərinə görə, ölkəyə gələn birbaşa xarici investisiyalar üzrə birinci yeri Birləşmiş Krallıq (896 milyon ABŞ dolları), ikinci yeri Türkiyə (575 milyon ABŞ dolları), üçüncü yeri Kipr (385 milyon ABŞ dolları), dördüncü yeri Rusiya (245 milyon ABŞ dolları) tutub.
"Azərbaycandan xaricə isə yatırılan birbaşa xarici investisiyalar 600 milyon ABŞ dolları olub. Ölkədən çıxan birbaşa xarici investisiyalar üzrə birinci yerdə Niderland (97 milyon ABŞ dolları), ikinci yerdə Honq Konq (77 milyon ABŞ dolları) gəlir. Üçüncü və dördüncü yerləri müvafiq olaraq ABŞ və BƏƏ tutub", - AMB rəsmisi qeyd edib.